Naməlum şəxslər ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.