Çeçenistan rəhbəri Ramzan Kadırov Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

Unikal.org xəbər verir ki, Kadırov Səudiyyə Ərəbistanını kral Salman bin Əbdüləzizin rəsmi dəvəti ilə ziyarət edib.

Ciddə hava limanında qarşılanan Kadırov buradan həcc ayinlərinin icrası üçün müqəddəs Məkkəyə yola düşüb.