Nikolay Bordyuja özünü ermənilərin təmsilçisi kimi aparır
11:22 05-09-2012
İQTİSADİYYAT
Nikolay Bordyuja özünü ermənilərin təmsilçisi kimi aparır
“Ramil Səfərovla bağlı məsələyə münasibət bildirməsinin onun səlahiyyət çərçivəsinə qətiyyən aidiyyəti yoxdur”
“Bordyujanın tərəf tutması birinci hadisə deyil. O, sanki rəhbəri olduğu təşkilatın hansı mahiyyət daşıdığını dərk edə bilmir. Ramil Səfərovla bağlı məsələyə münasibət bildirməsinin isə onun səlahiyyət çərçivəsinə qətiyyən aidiyyəti yoxdur”. Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.
E. Sabiroğlu bildirib ki, Nikolay Bordyuja özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katiblikdən daha çox ermənilərin təmsilçisi kimi aparır: “Ona görə də Bordyujanın bu səbatsız açıqlamasına təəccüb etmirik. Görünür, əvəz qaytarmaq üçün digər yol seçə bilmir. Yalnız böyük çəkili öhdəliklər qarşılığında belə ultra ermənipərəstlik nümayiş etdirmək mümkündür. Ondan soruşmaq lazımdır ki, axı sən kimsən və hansı səlahiyyətlə bu hadisəyə münasibət bildirirsən? Bordyuja və onun kimilər beynəlxalq hüquq normalarını və qaydalarını özlərinə necə lazımdırsa, o cür də yozurlar. Əgər Ramil Səfərovla bağlı həqiqəti bilmək istəyirsə, Bordyuja 1983-cü ildə yaradılan və müstəqil dövlət kimi Azərbaycanın da qoşulduğu Strasburq konvensiyasının prinsiplərini nəzərdən keçirə bilər. Amma yenə də inanmırıq ki, ermənipərəstlik ona doğru mövqe seçməkdə maneçilik törətməsin”.
Qeyd edək ki, KTMT-nın baş katibi N. Bordyuja Azərbaycan hakimiyyətinin Ramil Səfərovun əfv olunması barədə qərarını tənqid edib, bildirib ki, bu addıma heç nə ilə haqq qazandırıla bilməz: “Bundan başqa, cinayətkarın qəhrəman elan olunması onsuz da yüksək olan regional gərginliyi daha da artıra bilər”.
Rus generalın fikrincə, R. Səfərovun məsuliyyətdən azad olunması haqqında Azərbaycan hakimiyyətinin qərarı beynəlxalq hüquq normalarına ziddir və cinayətkarlıq əleyhinə dövlətlərarası sistemin işini şübhə altına alır: “Əminəm ki, beynəlxalq ictimaiyyət baş verən hadisəyə obyektiv qiymət verməkdə yubanmayacaq”. Bu arada isə Ermənistanın xarici işlər naziri bir addım geri çəkilib. Belə ki, “Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun prezident İlham Əliyev tərəfindən əfv olunması artıq Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə neqativ təsir göstərib” bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkədə səfərdə olan Argentinanın xarici işlər və xarici ticarət naziri Hektor Timermanla keçirdiyi birgə mətbuat konfransında deyib. Ermənistanın Azərbaycanla danışıqlar prosesinə son qoymasının mümkünlüyü haqda sualı cavablandıran E. Nalbandyan belə bir niyyətləri olmadığını söyləyib: “Danışıqlar prosesinin iflasına yönəlmiş bəyanatları və hərəkətləri tez-tez məhz Azərbaycan edir”.Jurnalistlər məsələyə argentinalı nazirin də münasibətini öyrənmək istəsələr də, qonaq ikitərəfli əlaqələrin inkişafını müzakirə etmək üçün Ermənistana gəldiyini xatırladaraq bu mövzuda suallar verilməsini istəyib. Ekspertlər hesab edir ki, Nalbandyan belə bir açıqlama verməyə məcburdur. Çünki danışıqlardan Ermənistanın bir dəfəlik imtinası iflas ola bilər vi buna görə hazırda Ermənistan yeni manevr imkanları arayır.
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40