Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, "Toppuş bacı" kimi tanınan aktrisada yenidən bədxassəli şiş aşkarlanıb. Hazırda xəstəxanada müalicə alan Tünzalə İnstaqram hesabında fotosunu paylaşaraq bu sözləri yazıb:
"Verdiyin və vermədiyin hər şeyə görə sənə həmd olsun, Rəbbim. Dualarınıza ehtiyacım var".
Xatırladaq ki, bir müddət əvvəl aktrisa xərçəng xəstəliyindən əməliyyat olunmuşdu. Ardınca 38 limfa vəzindən nümunələr götürüldükdən sonra onda yenidən şiş aşkarlanıb.