Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasındakı qalmaqal bitmək bilmir.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, Əsədovanın qarşı tərəfin ünvanına təhqirlər səsləndirməsindən sonra Kərəmoğlu "Xoş gəldin" proqramında ona cavab verib. Aparıcı bildirib ki, müğənnini təhqir etməyib, həqiqətləri deyib:
"Əsədova, sizi təhqir yox, tənqid etmişəm. Dedim ki, söyüş olanda məclisdən durub gedib başqa yerdə oturardınız. İçkili adamlardı. Muğam oxuyursan, orada qəribə səslər çıxarırlar. Bu gün çıxdılar verilişə ("Hər şey daxil" verilişini nəzərdə tutur - red.) nəyi açıb, çözə bildilər? Biz də bilirik də Gəncədən gələndə yolüstü oturublar Şamaxıda, yükləri xurma yox, söyüş olub. Bəli, videonu özün yaymısan. Məni efirdə təhqir etməyinin cavabını isə zibil yox, sivil formada alacaqsan. Mənə təşəkkür et ki, iki verilişdir sənə həsr edirəm".
Sərxan Mətanəti məhkəməyə verdiyini söyləyib:
"Dünən gəlməmişəm efirə. Nə 15 minlik maşın sürürəm, nə də... Maşınımı satsam, heç 10 min qiyməti yoxdur. Mətanət, eşşəyə gücün çatmayanda, palanı tapdalamaq sizə xas olandır.
Siz mənim insanlığıma, kişiliyimə söz atdınız. Məni yoxlamaq üçün həkimə getməyə iki şəxs lazımdır: O da övladlarımdır. Şübhə ilə yanaşsalar, gedərəm. Sizə "pozğun qadın" deməmişəm. Sizə Ağaxan Abdullayevin dediyi sözləri işlətmişəm. Sən gözəl sənətkarsan, amma sənətkar olmaq, adam olmaq demək deyil. Sizin mənim haqqımda dedikləriniz təhqirdi. Buna görə də məhkəməyə müraciət etmişəm. Məhkəmədə sizinlə görüşmək ümidi ilə.
Qeyd edək ki, Sərxan Mətanət Əsədovanı sosial şəbəkədə kişi məclisində içki içən yerdə çəkilən videosuna görə tənqid edib. Onlar arasında dava bundan sonra başlayıb.