Səudiyyə Ərəbistanında hüquq müdafiəçisi olan qadını edam ediblər.
Unikal.org xəbər verir ki, "Daily Mail nəşrinin məlumata görə, 29 yaşlı İsra Əl-Homqam hökumət əleyhinə etirazlarda iştirakına görə ölüm hökmünə məhkum edilib.
Qadın Katif şəhərində keçirilən nümayişdə iştirak etdikdən sonra həbs olunub. Son illərdə İsra Əl-Homqam Səudiyyə Ərəbistanından ölüm cəzası alan ilk qadındır.
Məhkəmənin qərarı ilə avqustun 20-də İsra Əl-Homqamın başı kəsilib.