Müğınni Manaf Ağayev həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi ifaçının qarşısında diz çökdürüb üzr istədiyi xəbərinə aydınlıq gətirib. Sosial şəbəkələrdə Manaf Ağayev şəhid ailəsinə qarşı tərbiyəsizlikdə günahlandırılıb.

Unikal.org xəbər verir ki, bu fikirlərdən sonra Manaf Ağayev video müraciət yayıb. Videoda müğənni əslində diz çökdürmək və üzr istədmək məsələsinin olmadığını bildirib.

"Mən o tərbiyənin yiyəsi deyiləm. Doğma əmim oğlu şəhid olub. Şəhid anasının nə demək olduğunu bilirəm. Mən şəhid anasının qarşısında diz çökürəm, çökmüşəm də. Mən şəhid anası tərəfindən gəlmişəm. Əgər bilmək istəyirsizsə, şəhid anasının oğlu mənim dostumdur. Mətanətə zəng vurub demişəm ki, şəhid anası səninlə danışmaq istəyir. Onunla danışanda deyib ki, "mən şəhid anası kimi səndən üzr istəyirəm Mətanət də ona cavab verib ki, "Ay ana, siz nə danışırsız? Mən də sizə qurban olum, Manaf da. Manaf gəlibsə, demək söhbət qurtardı. Ay jurnalistlər, söhbət belə olub, - deyə Manaf Ağayev bildirib.


A post shared by Manaf Agayev (@manafagayev) on