Aparıcı Mehmet Ali Erbil səhnəyə əlil arabasında çıxıb.
Unikal.org Türkiyə mətbuatına istinadən məlumat verir ki, Erbil "Vertigo adlı xəstəliyə tutulub. İzləyicilər ona alqışlarla dəstək veriblər. Tədbirdə iştirak edənlər əvvəlcə aparıcının zarafat etdiyini düşünsələr də, sonradan həqiqət olduğunu bildilər.
Mehmet Ali bu barədə "Bunu zarafat olaraq anlaya bilərsiniz. Amma elə deyil. Gəzərkən problem yaşayıram. Səhnəyə də əlil arabasında çıxmağa məcbur oldum fikrini səsləndirib.
Qeyd edək ki, "Vertigo sabit dayanarkən belə ətrafdakı əşyaların hərəkətdə olduğunu hiss etdirən xəstəlik növüdür.