Müğənni Manaf Ağayev Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, müğənni Manaf Ağayevin Mətanət Əsədovanın videosunu çəkən şəxslərlə bağlı "Videonu çəkən şəxs diz çöküb üzr istədi" sözlərindən sonra Sevil adlı şəhid anası canlı yayıma zəng edib.
"Mətanət mənə zəng vurdu. Dedi ki, sənin qarşında baş əyirəm, diz çökürəm. Sən şəhid anasısan. Mənə dedi ki, biz sənə borcluyuq. Elə elədi ki, özümü borclu hiss elədim. Manafın burada heç bir günahı yoxdur. O, bizə kömək edib. Mənim balalarımla dostdur. O, bizim evdə bir ailənin üzvüdür. Heç bir söz-söhbət yoxdur. Xahiş edirəm söz-söhbəti yığışdırsanlar".