Elman Rüstəmovdan bəzi oliqarxlara təhdid
11:25 05-09-2012
CƏMİYYƏT
Elman Rüstəmovdan bəzi oliqarxlara təhdid
Mərkəzi Bank sədri özünə qarşı hücumları necə dəf etməyi planlaşdırır?
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ayrı-ayrı KİV-lər vasitəsi ilə ona qarşı tənqidlərin artmasında hakimiyyət içindəki bəzi qruplardan şübhələnir. Mərkəzi Bank rəhbəri narahatdır ki, bu yolla müəyyən oliqarxlar onun hakimiyyət daxilindəki dayaqlarını sarsıtmaq və görəvindən uzaqlaşdırılmasına zəmin yaratmaq niyyətindədirlər. Bu barədə redaksiyamıza məlumatlı mənbələrdən bildirilib.
Mənbələrin iddiasına görə, Rüstəmov ona qarşı mövqe tutan iri məmurların kimliyini bilir. Əgər özünə qarşı media üzərindən tənqidlər, hücumlar dayanmasa isə Mərkəzi Bank sədri əks-həmləyə keçə bilər.
Bəs bu həmlənin motivi necə olacaq? Bu barədə danışmamışdan öncə qeyd edək ki, Rüstəmovla bəzi oliqarxları toqquşduran məqam bank sektorunda son dönəmlərdə yaşananlarla bağlıdır. Söhbət ölkədə bank sektorunun təmərküzləşməsindən, bir çox bankların ləğvindən, yeni banklara isə lisenziya verilməsinin faktiki olaraq dayandırılmasından gedir. İstər bağlanan banklarda bir çox iri məmurların payının və digər maraqlarının olması, istərsə də bəzi oliqarxların bank sektoruna nüfuz etməyə çalışmaları, amma bunun Mərkəzi Bank sədrinin müdaxilələri ilə əngəllənməsi Elman Rüstəmovun düşmənlərinin sayını xeyli artırıb.
Ona görə də indi ölkənin baş bankiri şübhə etmir ki, barəsində tənqid və ittihamların mətbuatda xeyli intensivləşməsi məhz belə oliqarxların təşəbbüsüdr. Gələk o məqamın üzərinə ki, Rüstəmovun bu rəqiblərinə qarşı susdurucu həmləsi nədən ibarət ola bilər?
Bu yaxınlarda xarici mətbuatda ötən illər ərzində Azərbaycandan qanunsuz yollarla külli miqdarda vəsaitin çıxarıldığı və ofşor zonalara yatırıldığı barədə məlumatlar yer aldı. Həmin məlumatlar Azərbaycanın özündə də geniş əks-reaksiya doğurdu.
İstisna edilmir ki, bu məlumatlar fonunda Elman Rüstəmovun masasının üzərində də Azərbaycanın bir çox iri məmurlarının xaricdəki bank hesabları barədə dəqiq bilgilər var. Rüstəmov kompromat xarakterli həmin bilgiləri ona qarşı hücumda olan oliqarxların susdurulması üçün istifadə edə bilər. Onun bu barədə müxtəlif kanallar vasitəsilə rəqiblərini xəbərdarlıq etdiyinə dair də iddialar səslənir.
Əgər bu deyilənlər doğrudursa, hesab etmək olar ki, Mərkəzi Bank sədri olduqca incə məqamdan yapışıb və ona qarşı mövqe tutan oliqarxları asanlıqla susdura biləcək. Çünki indiki vaxtda (mumiyyətlə isə heç vaxt!) heç bir iri məmur gizli varidatlarının deşifrə olunmasını istəməz, bu onlar üçün baha başa gələ bilər. Belədə həmin oliqarxların bircə yolu qalır: Elman Rüstəmovun iradəsinə tabe olmaq və Mərkəzi Bank sədri ilə hər nə olursa olsun, yumşaq rəftar etməyə çalışmaq!
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25
2024-12-24 14:54:37
2024-12-24 14:45:07
2024-12-24 14:43:48