Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkir.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, əməliyyat olunan aktrisada bu günlərdə yenidən bədxassəli şiş aşkarlanıb. Xəstəxanaya yerləşdirilən "Toppuş bacı artıq evə buraxılıb.
T.Əliyeva çəkilişlərə başlayıb. O, "Qız atası serialının beşinci mövsümündə də yer alacaq. Aktrisanın çəkiliş məkanından görüntüsünü həmkarları sosial şəbəkədə paylaşıblar. Əliyevanın xeyli arıqlaması diqqətdən qaçmayıb.
Qeyd edək ki, Tünzalənin uşaqlıq yolunda şiş aşkarlanıb və kəsilib. Hazırda isə onda yenidən şiş aşkarlanıb və müalicə olunur. Tünzalə bildirib ki, kimyaterapiya almağa başlayıb.