3 mövsümdən sonra başa çatan "Vicdan haqqı"nın kollektivi "Zaurla Günaydın" verilişində qonaq olub.
Unikal.org xəbər verir ki, aparıcı Zaur Baxşəliyev serialda "Ofeliya" obrazı ilə tanınan Sona Əliyevadan 3 il boyunca çəkiliş heyəti arasında kadrarxası baş verənləri efirdə açıqlamağıüçün nə istədiyini soruşub. Aktrisa "4800 manat" bildirib.
Aparıcı aktrisadan daha aşağı məbləğ istəməyini xahiş edib. Sona Zaurun təklifi ilə razılaşaraq "100 manat verərsən. 10 manat da taksi pulu" deyib. Zaur dərhal aktrisaya 100 manatı versə də, Sona Əliyeva "Efirdən sonra alassan" fikrini səsləndirərək, aparıcının pulunu geri qaytarıb.