Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Unikal.org xəbər verir ki, açılış oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə penaltidən Təmkin Xəlilzadə açıb. 76-cı dəqiqədə "Sumqayıt" daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.

Beləliklə, hər iki komanda xallarını 4-ə çatdırıb.