Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasında "Lider telekanalında əsası qoyulmuş qalmaqal nəticəsiz ötüşməyib.
Unikal.org-un news24.az-a istinadən verdiyi məlumata görə, "Lider TVdə cəmi bir neçə gün yayımlanan "Xoş gəldin proqramı bağlanıb.
Məlumata əsasən, şirkətin prezidenti canlı efirdə nümayiş olunan biabırçı olaya görə verilişi bağlamaq qərarı alıb. Sərxan Kərəmoğlunun halı şirkətin mühafizəçiləri tərəfindən içəri buraxılmadığı üçün pisləşib.
Məsələylə bağlı açıqlama verən rəqqasə Fatimə Fətəliyeva olayların necə nəticələnəcəyindən məlumatsız olduğunu bildirib: "Düzünü desəm, nə baş verdiyini bilmirəm. Biz proqrama çıxmalıydıq, çıxmadıq. Bazar ertəsi bu məsələyə aydınlıq gətiriləcək.