Son günlər yollarda baş verən qəzalar nəticəsində 10 nəfər insan həyatını itirib.
Unikal.org Xəzərxəbər-ə istinadən məlumat verir ki, qəzaların baş verməsinə əsas səbəb isə ehtiyatsızlıq və yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır.
Çox təəssüflər ki, baş verən son hadisələrdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi ölü sayının da artmasına səbəb olub. Bakı şəhər dövlət yol polis idarəsinin əməkdaşları sürücüləri maarifləndirmək və xəbərdarlıq etmək məqsədi ilə bu gün paytaxt yollarında reyd keçiriblər.
Giriş qadağandır işarəsinin olmasına baxmayaraq, sürücü birtərəfli hərəkətin təşkil edildiyi yola daxil olur.
Başqa bir sürücü isə qoşa xəttin tələbini pozaraq geriyə dönmə edir.
Görüntülər Bakı şəhər dövlət yol polis idarəsinin əməkdaşlarının paytaxtda keçirtdiyi reyddəndir.Yol polisi qəzaların baş verməməsi üçün nəzarət tədbirlərini gücləndirib.
Reyd zamanı yol hərəkətini pozan piyadalara da xəbərdalıq olundu. Hər hansısa bədbəxt hadisənin baş verməməsi üçün yol polisi sürüclərə bir daha xəbərdarlıq edir.
Reyd zamanı kobud qayda pozan sürücülər barəsində protokollar tərtib olunub, bəzilərinə isə xəbərdarlıq edildi.