Müğənni Yaşar Cəlilovun toy məclisi keçirilir.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, gəlinsiz baş tutan məclis sırf şou-biznes əhli üçün nəzərdə tutulub. Məclisin aparıcısı Samir Bayramlı ilə Vüsalə Kərimovadır.
"Ailəmizdə hər kəs tez ailə qurub. Mənim də evlənməyimi istəyirdilər. Evlənəcəyim xanım şou-biznesdən tamamilə uzaqdır. Mediada görünməsini istəmirəm. Ona görə də ikinci toyda iştirak edəcək. O toya isə 15 ən yaxın sənət dostumu dəvət etmişəm"-, deyə Cəlilov deyib.
Qeyd edək ki, ifaçı Nigar adlı xanımla ailə qurur. Onların ikinci toyu sentyabrda baş tutacaq.