Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

"Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin idarə heyətinin sədri
Vəliyev Seymur Aydın oğlu - "Gələcəyə Körpü Gənclər İctimai Birliyinin sədri
Ağabəyli Murad Asif oğlu - "Cavan Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini..