Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə rəsmi səfər edəcək.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov "Exo Moskva radiosuna müsahibəsində deyib.

Səfər sentyabrın 1-də baş tutacaq. Görüşdə hər iki lider ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi və Qarabağ məsələsini müzakirə edəcəklər.