Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

Unikal.org-un məlumatına görə, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Qəbulda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbiri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral açaraq Prezident Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.