Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfərə gələcək.

Yaponiyanın Azərbaycandakı səfirliyindən Unikal.org-a verilən məlumata görə, səfər 5-6 sentyabr tarixlərində planlaşdırılır.

Səfər zamanı T.Kano Azərbaycan rəsmiləri, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.