Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Hökməli  qəsəbəsində  sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. 

Unikal.org xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. 

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran xanım başçı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulanıb.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Qəbuldan öncə İradə Gülməmmədova qəsəbədəki "Hacı Məhəmməd Həsən bəy cümə və "Ellik məscidlərində yaradılan şəraitlə tanış olub.