Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana səfər edəcək.
Unikal.org trend-ə istinadən xəbər verir ki, sentyabrın 2-də nazirin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Taro Kono əvvəlcə Ermənistana və Gürcüstana, sentyabrın 5-də isə Azərbaycana gələcək. O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.
Nazirin regiona səfərində məqsəd Cənubi Qafqaz ölkələri ilə Yaponiya arasındakı əməkdaşlığı genişləndirməkdir.