Qoz həm yeməklərə, həm şirniyyatlara ləzzət qatan, vitamin, minerallarla zəngin ən nəfis çərəzdir. Onun faydasını saymaqla bitirmək olmaz. Bəs qoz suyunun da ən azı ləpəsi qədər faydalı olduğunu bilirdiniz?

Unikal.org xarici mediaya istinadən bu barədə məlumat verir:

1.Çəkini azaltmağa kömək edir. Proteinlə bol olduğu üçün yağ yandırılmasını sürətləndirir, xüsusilə istənməyən bölgələrdəki piyi əridir. Metobolizmanı sürətləndirir. Hər gün acqarına bir stəkan içmək məsləhətdir.

2.Xolesterolu tənzimləyir. Bu xüsusiyyəti sayəsində də ürək-damar xəstəliklərindən müdafiə edir. Fol turşusu sayəsində infarkt riskini azaldır.

3.Yorğunluq, gərginlik, halsızlıq kimi problemləri həll edir.

4.Qan şəkərini tənzimləyir, bu sayədə özünüzü daha gümrah və enerjili hiss edirsiz.

5.Beynin funksiyalarını gücləndirir.

6.Həzm sistemini rahatlaşdırır, qəbzliyi, qaz problemlərini aradan qaldırır.

7.Yuxusuzluqdan əziyyət çəkənlər üçün əvəzedilməzdir. Sakitləşdirici təsirə malikdir.

8.Dırnaqları və saçları gücləndirir.

9.Dərini yumşaldır, elastikliyini artırır, daha sağlam görüntü qazanmasına kömək edir.

Hazırlanması:

Qoz suyunu əldə etmək olduqca asandır. Bunun üçün bir stəkan otaq temperaturunda suya bir necə qozun ləpəsini qoyun. Bir gecə (azı 7 saat) saxladıqdan sonra için.