"Güzəştli mənzil sistemində elektron kabinetlərinizə giriş artıq aktivləşdirilib".

Unikal.org xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vətəndaşlara müraciətində bildirilir.

Məlumatda həmçinin deyilir ki, saat 15:00-da satış başlanılacaq.

"MİDA elektron kabinetinizə girişlə əlaqədar yaranan problemlərlə bağlı 108 Çağrı mərkəzinə müraciət etməyi xahiş edir", - müraciətdə qeyd olunub.