Sumqayıtda kütləvi dava zamanı iki gənc bıçaqlanıb. Unikal.org bildirir ki, hadisə bir neçə gün bundan öncə şəhərin 21-ci məhəllə ərazisində baş verib. Dava zamanı iki nəfər Sumqayıt şəhər sakinləri 26 yaşlı Rasif Həbibov və 30 yaşlıSamir Dadaşov bıçaqlanıblar.
Yaralılar xəstəxanaya çatdırılıb və əməliyyat olunublar.
Həkimlərin səylərinə baxmayaraq bıçaqlananlardan biri Rasif Həbibov bu gun dünyasını dəyişib.