Müğənni Hülya Avşar şəxsi həyatı ilə bağlı bir neçə açıqlama verib:
Unikal.org "Milliyetə istinadən məlumat verir ki, o,yeni münasibət quracağı insanın gənc olmasını istəmədiyini deyib:
"Əvvəlcə hörmət. Eyni evin içində bir-birimizin varlığını hiss edərək yox olmağı bacarmalıyıq. Gənc sevgili istəmərəm. Öyrənməyi, inkişaf etməyi sevirəm. Bu da məndən kiçiklərlə mümkün deyil. Kişinin ağıllı, mədəniyyətli olması hər şeydən vacibdir.
Qeyd edək ki, Hülya hazırda 54 yaşındadır.