Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə bağlı bəzi məsələlər və Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.
Unikal.org-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeliyində olan "Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilir.
Mədəniyyət Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Turizm Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.