Türkiyəli müğənni Demet Akalın və Okan Kurt cütlüyünün boşanması haqda xəbərlər yayılıb.
Qeyd edək ki, ötən illərdə "Martaj lojistikin sahibi olan Okanın 150 milyon lirəyə yaxın borcu olduğu məlum olub. Bundan sonra maaşlarını tələb edib, ala bilməyən işçilər Okan Kurtu məhkəməyə vermişdi.
Bir müddət əvvəl "Evli olduğumuz müddətdən çox çətinliklər yaşadıq, amma şükürlər olsun öhdəsindən gəldik deyən Akalın bu dəfə ayrılmaq qərarına gəlib. Müğənni və həyat yoldaşının məhkəməsi bu gün baş tutacaq.
Qeyd edək ki, cütlüyün altı illik evliliyindən Hira adlı bir qız övladı var.