"Nar rominqdə olan abunəçilər üçün sərfəli təkliflər təqdim etməyə davam edir. Türkiyədə olan "Nar abunəçiləri əla qiymətə təqdim olunan "Tətil internet paketlərindən yararlana bilirlər. Bunun üçün, səfərə çıxarkən "Tətil paketlərindən birini sifariş etmək kifayətdir.

Unikal.org xəbər verir ki, abunəçilərin istəklərini nəzərə alan "Nar rominq internet paketlərini cəmi 2 AZN-dən başlayan qiymətlərlə təqdim edir. 200 MB-lıq internet paketini aktivləşdirmək üçün *777#102#YES, 600 MB-lıq paket üçün isə *777#105#YES şifrəsini yığmaq kifayətdir. İnternet paketlərindən Türkiyə ilə yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Mərkəzi Asiya ölkələri, ABŞ, İran, İsraildə də yararlanmaq mümkündür.

Şifariş edilən paketin daxili internet balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq kifayətdir. "Tətil paketlərinin istifadə müddəti 15 gündür. Nar.az saytına daxil olmaqla və ya "Tətil" yazıb 777 nömrəsinə SMS göndərməklə paketlər haqqında ətraflı məlumat əldə etmək olar.

"Azerfon şirkəti ("Nar ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, "Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olub.