Müğənni İzzət Bağırov "Səhər-səhər proqramına qonaq olarkən ötən il zəncir vurması ilə bağlı yayılan videosundan danışıb.
Unikal.org xəbər verir ki, sənətçi həmin görüntülərin İraqda lentə alındığını bildirib:
"Toy, şənliklərdə iştirak etməyəcəm, Bakıda olacam. Baxmayaraq ki, bundan əvvəl Məşəddə, Kərbəlada olmuşam. Ötən il İraqda zəncir vurmağım birmənalı qarşılanmadı. İnsanlar başa düşmədi ki, belimə çırpdığım zəncir dəmirdən yox, plastmasdan hazırlanıb. Zəncir süni idi, insana zərər vermir. Bakıda da qan çıxaranlara qoşulmamışam, fətva var. Qan çıxarmaq olmaz.