Türkiyənin məşhur aktrisası Fatma Girik xəstəxanalıq olub. O Bodrumda yaşadığı evində yıxılaraq çanaq sümüyünü çatladıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı aktrisa xəstəxanaya yerləşdirilib. Onun ilkin müdaxilədən sonra vəziyyəti normallaşıb. F.Girik həmin gün evə buraxılıb.
Həkimlər aktrisanın 3 həftə sonra sağalacağını bildiriblər.