Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Unikal.org xəbər verirki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. 

Prezidentin oğlu Heydər Əliyev də and içən əsgərlər arasındadır. O iyul çağırışı ilə hərbi xidmətə başlayıb.