Mübariz Mənsimov Azərbaycana niyə gəlmir?
11:08 07-09-2012
İQTİSADİYYAT
Mübariz Mənsimov
Azərbaycana niyə gəlmir?
Məşhur iş adamı ilə hökumətdəki bəzi çevrələrlə problem yaşadığı deyilir
Türkiyədə yaşayan tanınmış azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov xeyli vaxtdır Azərbaycana gəlmir. Bunun səbəbləri məlum deyil. Məlumatı redaksiyamıza adının çəkilməsini istəməyən mənbə verib.
Mənbənin sözlərinə görə, ehtimal var ki, bu, Mənsimovun qardaş ölkədə işlərinin çoxluğu ilə də əlaqəli olsun. “Hər halda iş adamı qardaş ölkədə yorulmadan çalışır və biznesini genişləndirir. Onun xeyli vaxtdır ki, vətənə təşrif buyurmamasının səbəbi bununla da bağlı ola bilər. Mümkündür ki, iş qrafikinin sıxlığı səbəbindən Mübariz Mənsimov Azərbaycana gəlməyə vaxt tapa bilmir” deyə mənbə bildirib.
Bununla belə, mənbə zaman-zaman azərbaycanlı iş adamının hökumətdəki bəzi qruplar və oliqarxlarla problemlər yaşadığı barədə mətbuatda yer alan məlumatlara da diqqət çəkir və istisna etmir ki, onun Azərbaycana gəlməməsinin, yaxud əvvəllərlə müqayisədə gec-gec təşrif buyurmasının səbəbləri arasında bu da var. “Mənsimov kifayət qədər peşəkar biznes adamıdır, o, yatırımlarını və münasibətlərini də məhz qanunların çərçivəsində qurmağa meyllidir. Bu isə Azərbaycan reallığında xeyli absurddur. Müxtəlif vaxtlarda həm də vətənpərvərliyi ilə ön plana çıxan Mübariz Mənsimov Azərbaycan iqtisadiyyatının inkişafına qatqıda bulunmaq istəyib, amma bir sıra iri məmurların inhisarçı maraqları və qanundankənar ortaqlıq istəkləri onu bundan soyudub” deyə mənbə əlavə edir.
Məhz bu səbəbdən Mənsimovun hökumətdəki müəyyən iri məmurlarla problemlər yaşadığına diqqət çəkən mənbəmiz bütün bunların iş adamının Azərbaycana gediş-gəlişini səngitməyə gətirib çıxarmasını istisna etmir. Qaynağımız özəlliklə bir məqamı vurğulayır: “Xatırlayırsınızsa, bu ilin yaz aylarında, daha dəqiq desək, apreldə Mənsimov ölkə telekanallarından birinə geniş müsahibə vermiş və ilginc bəyanatlarda bulunmuşdu. O demişdi ki, rəhbərlik etdiyi “Palmali” şirkətlər qrupunun prinsiplərindən biri “rüşvətxorluq olan yerdə biz yoxuq” prinsipidir: “Yəni, korrupsiya olan yerlərə, düzgün olmayan işlərə girmirik”. Mənsimovun bu sözləri ilə Azərbaycana da işarət etməsi dəqiqdir, çünki onun Azərbaycanda niyə geniş investisiyalar qoymadığı, biznes qurmadığı həmişə müzakirə mövzusu olub. O vaxt iş adamı həmin sözləri deyəndə bu, iş adamının həmin müzakirələrə cavabı kimi dəyərləndirilmişdi. O da maraqlıdır ki, həmin vaxtdan sonra Mənsimovun Azərbaycana gəlməsi ilə bağlı hər hansı bilgi yoxdur. Mümkündür ki, iş adamının bu eyhamlı açıqlaması hökumətdə kimlərisə qıcıqlandırıb, Mənsimov da bu səbəbdən bir müddətliyə Azərbaycana gəlməməyə qərar verib”.
Qeyd edək ki, Mənsimova Azərbaycanda yaxın olan çevrələrdən bacarıqlı iş adamının ölkəmizə sonuncu dəfə nə vaxt gəldiyini öyrənməyə çalışdıq. Amma cəhdlərimiz nəticəsiz qaldı.
Ardınca digər qaynaqlarla dəqiqləşdirmələr apardıq və bu zaman məlum oldu ki, ünlü biznesmen sponsoru olduğu “Xəzər-Lənkəran” futbol klubunun bu ilin avqustunda Avroliqa çərçivəsində
Lənkəranda keçirilən iki ev oyununun heç birini izləməyə gəlməyib. Ancaq ilgincdir ki, “Palmali” prezidenti Lənkəran təmsilçisinin həm Estoniya, həm də Polşadan olan rəqibləri ilə səfər qarşılaşmalarını izləmək üçün bu ölkələrin hər ikisinə gedibmiş.
Hər halda yetərincə maraqlı və düşündürücü məqamlardır.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40