Əbülfəs Qarayev özünü ifşa etdi
11:16 07-09-2012
CƏMİYYƏT
Əbülfəs Qarayev özünü ifşa etdi
Nazir “7 faizlik artım” açıqlaması ilə tənqidlərin haqlı olduğunu göstərdi
Mədəniyyət və turizm naziri Əbğülfəs Qarayev Azərbaycan turizminin inkişafı haqqında bəlağətli açıqlamaların populizmdən başqa bir şey olmadığını təsdiqləyib. Baxmayaraq ki, Qarayev bu barədə çıxışında inkişafdan danışmağı yenə unutmayıb.
Nazir deyib ki, turizm sahəsində Azərbaycanda keçən ilə nisbətən bu il 7% artım var: “Azərbaycan bu il turizm sənayesində 7 faiz artırmaya nail olub. Bu da yeni açılan mehmanxanalar, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən irəli gələn inkişafdır”.
Əlbəttə, “inkişaf” sözünü Azərbaycan məmurlarının leksikonundan çıxarmaq qeyri-mümkündür, hətta 0,1 faizlik artım da bunların gözündə “analoq olmayan inkişaf”dır. Amma aydın başla düşündükdə Əbülfəs Qarayevin 7 faizlik artımı hansı məntiqlə “inkişaf” kimi qələmə verdiyi anlaşılmaz qalır.
Nəzərə alsaq ki, bu il ölkəmizdə “Eurovision” musiqi yarışması keçirilib və bu nüfuzlu tədbirdə iştirak etmək üçün ölkəmizə xeyli turiz gəlib, o zaman həmin 7 faizlik artımın da səbəbi aydınlaşır. Deməli, “Eurovision” olmasaydı, ya biz hansısa artış rəqəmindən ümumiyyətlə danışmayacaqdıq, ya da bu rəqəm 7-dən də xeyli az olacaqdı.
Elə isə mədəniyyət və turizm nazirinin dili necə gəlir turizm sənayesində hansısa artımdan danışmağa? Hələ biz onu demirik ki, keçənlərdə elə Əbülfəs müəllimin özünün bir açıqlamasında Azərbaycana işgüzar məqsədlərlə gələnlərin də turist kimi qeydə alındığını düşünməyə əsas verən məqamlar vardı. Yəni nazirlik Azərbaycana gəliş səbəbinin müxtəlif olmasına baxmayaraq, ölkəyə daxil olanların böyük əksəriyyətini turist kimi qəbul edir və bununla da “turizm pripiskası” düzəldir.
Elə Qarayevin “7 faizlik artım”ından qeyri-turistik məqsədlərlə gələnləri çıxmaq kifayətdir ki, həmin rəqəmin yerində sıfır qalsın.
Bir sözlə, mədəniyyət və turizm naziri inkişafdan danışarkən faktiki olaraq, özünü ifşa edib, əslində ortada turizmin inkişafı ilə bağlı deyilənlərin böyük ölçüdə populizmdən ibarət olduğunu düşünməyə əsas yaradan qənaətlərin ortaya çıxmasına bais olub. Necə deyərlər, “dil çaşar, düzünü deyər”.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12