Rusiya Suriya üçün yeni Konstitusiya layihəsinin yarıdan çoxunu artıq hazırlayıb və tərəflərə təqdim edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Livanın "Əl Əhbar" qəzeti yeni layihə ilə birlikdə prezident Bəşər Əsədin səlahiyyətlərinin azaldığını, ölkəni idarənin əsasən Nazirlər Kabinetinin əlinə keçəcəyini yazıb.
Rusiyanın hazırladığı layihədə diqqət çəkən məqamlar var. Məsələn, ilk maddədə Suriya Ərəb Cumhuriyyətinin adının "Suriya Cumhuriyyəti" kimi dəyişdirildiyini nümunə göstərmək olar.
ABŞ və Rusiya yeni layihəni bütövlükdə avqust ayında təqdim edəcək.