Bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması nəzərdə tutulub.
Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.
"Təxminən, 15 gündən sonra həmin istiqamətdə hərəkət edəcək sürət qatarlarına baxış keçiriləcək, - o qeyd edib.