Gün ərzində Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur gömrük postunun idxal və ixrac xəttindən 300-400 minik avtomobil keçir.
Unikal.org-un məlumatına görə, bunu "Samur gömrük postunun baş inspektoru Nicat Muxtarlı jurnalistlərə açıqlamasında bildirib.
Bundan başqa, onun sözlərinə görə, gün ərzində adıçəkilən xətlərdən keçən yük avtomobillərinin sayı isə 120-130-dur.
"İdxal və ixrac xətlərinin hər birində eyni vaxtda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir yük avtomobilinin yoxlanılması 15-20 dəqiqə, bir minik avtomobilinin yoxlanılması isə 5 dəqiqə çəkir. Gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir, - deyə N.Muxtarlı qeyd edib.