Azərbaycanda orta məktəb dərsliklərində vulqar ifadələr zaman-zaman mətbuatın gündəminə gəlir.

Unikal.org Azxəbər.com-a istinadla xəbər verir ki, Kazım Əliyev adlı valideyn də dərsliklərdə olan dialoqlarla bağlı narazılığını bildirib.

O deyib ki, övladı 8-ci sinifdə təhsil alır və Azərbaycan dili dərsliyində olan dialoq onu narahat edir:

"Mənim övladım kitabda yazılan bu sözləri gündəlik həyatında da istifadə etməyə başlayıb. "Brat, "nadayet eləmə, "təkərə salma məni və başqa ifadələr dilinə düşüb. İrad bildirən də isə kitabı istinad olaraq göstərir. Təhsil Nazirliyi belə şeylərə nəyə görə icazə verir, hələ də anlamıram.

Məsələ ilə bağlı Kult.az-a danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, dərslikdəki dialoq vulqar ifadələrin işlənməsi ilə bağlı ev tapşırığıdır:

"Sözügedən dialoqun Azərbaycan dili dərsliyinə salınması təsadüfi deyil. Dərslikdə vulqar ifadələrin yerləşdirilməsində məqsəd şagirdlərin tərbiyəsini pozmaq və yaxud qeyri-etik ifadələr öyrətmək deyil, belə sözləri başqa ifadələrdən fərqləndirməkdir. Şagird vulqar ifadələrlə digər sözlərin fərqini bilməlidir.