Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə,  yeni müşavirlər Hidayət Abdullayev və Samir Vəliyevdir.

Qeyd edək ki, Samir Vəliyev Odlar Yurdu Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevin oğludur. Həmçinin özü Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

Famil Fərhadoğlu