Bəzi rayonlara təbii qazın verilişində fasilələr yaranacaq.
"Azəriqaz İstehsalat Birliyindən Unikal.org-a verilən məlumata görə, "Qaz İxrac İdarəsinin balansında olan diametri 720 millimetrlik "Qaradağ-Digah magistral qaz kəmərinin 20-ci kilometrində aşkar edilmiş qaz sızmasının ləğvi, yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismara verilməsi ilə əlaqədar sentyabrın 27-də saat 10:00-dan etibarən təmir işləri başa çatanadək Nəsimi rayonu, Tbilisi prospekti, 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində, həmçinin saat 09:00-dan etibarən isə Gəncə şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən təmir işlərinin Nərimanov və Yasamal rayonlarının, eləcə də Yeni Yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də təbii qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilə aradan qaldırılacaq.