Balakən rayonunda keçmiş məhkumun yaşadığı evdən küllü miqdarda narkotik vasitə götürülüb.
Unikal.org-un report-a istinadən məlumatına görə, Balakən rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
RPŞ-yə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat zamanı rayonun Mahmalar kənd sakini, 1998-ci il təvəllüdlü Zaur Şamil oğlu Mamedovun yaşadığı evdə onun qanunsuz olaraq saxladığı üç ədəd polietilen torbada ümumi çəkisi 1 kq 750 qram olan narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılmış araşdırma zamanı Z.Mamedovun həmin narkotik vasitəni rayonun Tülü kənd inzibati ərazisində, çöllük sahənin kənarında kultivasiya üsulu ilə əkib-beçərdiyi hündürlüyü 3 metrə yaxın olan 4 ədəd narkotik tərkibli bitki olan çətənə bitkisindən topladığı məlum olub. Tədbir nəticəsində 4 ədəd çətənə bitkisi ərazidən götürülərək, qrudulmuş marixuana ilə birlikdə maddi sübut kimi istintaqa təhvil verilib.
Z.Mamedov əvəllər narkotik bitkilərin qanunsuz kultivasiyasına görə məhkum edilib.
Faktla bağlı araşdırma aparılır.