"Dövlət Şəhərsalma Arxitektura Komitəsi Baş Prokurorluqla birgə Bakı şəhəri üzrə ciddi yoxlamalara başlayıb. Xətai, Binəqədi, Nəsimi və Yasamal rayonları üzrə 96 tikinti obyekti ilə bağlı ciddi qanun pozuntusu aşkarlanıb".
Unikal.org-un xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.
O qeyd edib ki, toplanmış faktlar prokurorluq orqanlarına göndərilib.
Z.Qaralov bildirib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qanunsuz tikililərlə bağlı araşdırmalar davam etdirilir.