Bu gün bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək.

"Azərişıq ASC-dən Unikal.org-a verilən məlumata görə, bu gün saat 12.00-dan 14.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhərinin 25, 26, 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq ASC İstehlakçılardan üzr istəyir.