Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə sentyabrın 1-də "Rosneft ilə "SOCAR Trading arasında Rusiya neftinin Türkiyənin STAR zavoduna çatdırılması ilə bağlı sazişin imzalanması qeyd edilib.

Unikal.org xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında energetika və neft-qaz sahəsində çox möhkəm əlaqələrin olduğunu bildirib və sentyabrın əvvəlində Rusiyaya səfəri zamanı "Rosneft ilə "SOCAR Trading arasında bağlanmış əməkdaşlıq müqaviləsini xatırladıb.

Öz növbəsində, Vladimir Putin Azərbaycandakı layihələrə qoyulan və həcmi dörd milyard dollara yaxın olan Rusiya investisiyalarını qeyd edib.

"Artıq bildirilib ki, Rusiya enerji korporasiyaları Azərbaycanda uğurla işləyir. "Rosneft şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda "Qoşadaş neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq, - Putin əlavə edib.

Xatırladaq ki, razılaşmaya əsasən, hər il "Rosneft Türkiyənin STAR Neft Emalı Zavoduna bir milyon ton "Urals markalı neft hasil edəcək. Müqavilədə qeyd edilib ki, rus neftini Türkiyə zavoduna "SOCAR Trading çatdıracaq.

Rusiya neftinin STAR zavoduna çatdırılmasını şərh edən "SOCAR Trading şirkətinin icraçı direktoru Adnan Əhmədzadə bildirib ki, şirkət Türkiyənin İzmir şəhəri yaxınlığındakı STAR Neft Emalı Zavoduna həm yüngül, həm də ağır növ neft göndərəcək.
"Bu, "Urals, "Siberian Light, başqa yüngül və ağır tərkibli neft növləri ola bilər, - Əhmədzadə deyib.

"İlham Əliyev və Vladimir Putinin haqqında danışdıqları "SOCAR Tradinglə "Rosneft arasındakı sazişə gəlincə, bu sənədin Rusiyaya məxsus bir milyon ton "Urals" neftinin STAR-a mütləq şəkildə göndərilməsini nəzərdə tutduğunu təsdiqləyə bilərəm, - icraçı direktor əlavə edib.

Onun sözlərinə görə, saziş bazar şərtləri ilə imzalanıb və neft qarşılıqlı əməkdaşlıq çərçivəsində göndəriləcək.

Qeyd edək ki, STAR NEZ dizel yanacağı, aviasiya üçün ağ neft, maye qaz və digər məhsullar istehsal edəcək. Zavodda "Azeri Light, "Kərkük və "Urals kimi neft növləri emal olunacaq.

Xatırladaq ki, bir müddət öncə "Azeri Light neftinin 80 ton həcmində ilk hissəsi STAR zavoduna göndərilib. Bu çatdırılmanı "SOCAR Trading şirkəti həyata keçirib.