Beyləqan rayonunda yanğın olub.
Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, rayonun Milabad kəndində ümumi sahəsi 25 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Seyf və qiymətli kağızlar yanğından mühafizə olunub. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.