Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Cənub Ərazi Baş Gömrük İdarəsinin "Xudafərin" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Unikal.org xəbər verir ki, Səfər Mehdiyev "Xudafərin" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, idxal və ixrac əməliyyatlarının həyata keçirilməsində sahibkarlara yaradılan şəraitlə maraqlanıb. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra Komitə sədri gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.