Bakıda 198 nömrəli avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə ataraq sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Unikal.org xəbər verir ki, 198 nömrəli avtobus sürücüsü ayağında çəkələk, bir əlində siqaret çəkir, digər əlində isə telefonla danışaraq sərnişinlərin həyatını təhlükəyə atır. Sərnişinlərdən biri sürücünün bu əməlini mobil telefonla çəkib. 

Sərnişin qeyd edir ki, sürücü siqaret çəkərək 15 dəqiqə ərzində sükan arxasında mobil telefonla danışıb.

Bakı Şəhər Dövlət Yol Poli İdarəsinin bölmə rəisi Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, bu ilin ötən dövrü ərzində Bakıda ictimai nəqliyyatı idarə edən zaman sürücünün siqaret çəkmə, mobil telfonla danışmaları barədə faktlar aşakar edilərək, müvafiq cərimələr yazılıb: 

"Bundan sonra da, sürücü mobil telefonu əldə tutmaqla ondan istifadə etmək, hərəkət zamanı əlini sükandan çəkmək və sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulduğuna görə cərimələnəcək. Təkcə sürücü telefonla danışmaya görə 50 manat cərimə ediləcək.

V.Əsədovun fikrincə, Bakı şəhəri üzrə baş verən yol nəqliyyat hadisələrinin 70-75 faizi diqqətin yayınmasına görədir: 

"Bura mobil telefonla danışmaq da daxildir. Bu gün şəhər ərazində avtobusların əksəriyyətində kameralar qurlaşdırılıb. Sürücülər bunun vasitəsilə də izlənilir. Qaydaları kobud şəkildə pozan sürücülər inanıram ki, cəzalandırılar.

Qeyd edək ki, oxşar sürücü özbaşınalıqları avtobuslarda da müşahidə olunur.