Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Polşada tutulub.

Unikal.org xəbər verir ki, Azərbaycan Vergilər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 213-cü (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə beynəlxalq axtarışa verilən Belarus vətəndaşı Pavel Korolçil Varşava şəhərində saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.