"Dövlət Gömrük Komitəsinin rəsmisinin poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsinə dair verdiyi açıqlamasında "AzərpoçtMMC-nin əməkdaşları və şöbələri ilə bağlı söylədikləri faktların araşdırılmamış məlumat olduğunu Komitənin rəsmi səhifəsində yayılan xəbərlə DGK təsdiqlədi.
Unikal.org xəbər verir ki, bu barədə "Azərpoçtdan veulən açıqlamada bildirilir.
Məlumatda qeyd olunur ki, qurumun verdiyi təkzib göstərir ki, söylənən faktlar araşdırılmaqdadır, hələ heç bir nəticə yoxdur və "Azərpoçt MMC-yə bu cür halların mövcudluğu ilə bağlı rəsmi müraciət olunmayıb.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etdiyini, xüsusilə "Azərpoçtun bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəldiklərini bildirmişdi.
DGK isə sonradan məsələ ilə bağlı açıqlama verərək hər bir fakt üzrə araşdırmalar aparıldığını qeyd etmişdi:
"Yalnız araşdırmaların sonunda qanunvericiliyin pozulması hallarına şərait yaradan gömrük orqanı əməkdaşları və ya digər aidiyyəti şəxslər müəyyən ediləcək və həmin şəxslər haqqında müvafiq tədbirlər görüləcək.