Talelərin şərəfli missiyası
11:49 07-09-2012
CƏMİYYƏT
“Özünü yaradanlardan bir oldu”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, onun xanımı - millət vəkili, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və bu iki böyük şəxsiyyətin böyük övladı Leyla Əliyeva barədə düşünəndə tarixin və taleyin sirlərinə vaqif olmaq lazım gəlir.
Anadan olma təsadüfü, yoxsa taleyin zərurəti?
Tarixdə elə nadir şəxsiyyətlər olub ki, onların övladları elə tarixin burulğanlarında da itib batıblar. Napoleonun oğlu atası tək sücaət və şöhrət sahibi olmaq istəyirdi. Amma... Məşhur bir məsəldə deyildiyi kimi, nə edəsən ki, “Dağ siçan doğdu”.
Məşhur şəxsiyyətin övladı olmaq uzaqbaşı müəyyən dövr üçün maraq və diqqət obyektinə çevrilmək şansı yarada bilir. Əgər qabında nəsə yoxdursa...
Prezident İlham Əliyev isə, əksinə, dünya miqyaslı siyasətçi mərhum prezident Heydər Əliyevin ailəsində dünyaya göz açmaq xoşbəxtliyi ilə kifayətlənənlərdən olmadı. Qərbi Avropada deyildiyi kimi, “Özünü yaradanlardan bir oldu”.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı qətliyam Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi Əliyev İlham Heydər oğlunun da taleyində dönüş nöqtəsi oldu. Atası Heydər Əliyev oğlu İlhamla birlikdə yanvarın 20-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gəlib sovet qoşunlarının Azərbacan xalqına qarşı vəhşiliyini ifşa edən bəyanatla çıxış edəndən sonra İlham Əliyev yuxarıda adı çəkilən institutu tərk etməli oldu. Çünki bir müddət sonra nələr baş verə biləcəyini gözəl bilirdi...
İ. Əliyev bu institutu bitirdikdən sonra aspiranturaya qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi də almışdı.
Amma Zaman başqa bir Taleyi göstərirdi.
1991-1994-cü illərdə özəl biznez sahəsində çalışan İlham Əliyev sezilmədən böyük siyasətə hazırlaşırdı. O zamanlar tək dinləyicisi olduğu Heydər Əliyev akademiyasında...
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti kimi Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edir və eyni zamanda suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işləri apararaq sonda siyasi elmlər doktoru elmi dərəcəsini alır.
Siyasət Olimpinə
doğru...
Oxucunun bir daha yadına salaq ki, İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilmişdir.
2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilməyi ilə onun Siyasi Olimpə doğru yürüşündə tam yeni bir mərhələ başlanır. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verdi və o, 2003-cü il oktyabrın 31-də prezident vəzifəsinin icrasına başlayır.
İlham Əliyevin bir siyasətçi kimi rus, ingilis, fransız və türk dillərini sərbəst bilməsi bir sıra həlledici məqamlarda onun taelyindən irəli gələn zəhmətkeşliyin dividendi kimi çıxış edib.
Böyük taleyi paylaşa
bilən Xanım
Mehriban Əliyeva...
Böyük taleyi paylaşmaq mətinliyi həm də böyük missiyaya hazırlaşmaq qətiyyətindən xəbər verir.
Kremldə fasiləsiz şəkildə davam edən saraydaxili qanlı intiriqaların başına keçən Mixail Qorbaçov həm ətrafını sarmış erməni lobbisinin təlqini ilə, həm də siyasi-təşkilati potensialından ehtiyatlandığı və ilkin olaraq hədəfə götürdüyü simalardan biri məhz Heydər Əliyev oldu. Və Qorbaçov onu Siyasi Olimpdən uzaqlaşdırmağa nail oldu.
Həmin çətin dövrlərdə Əliyevlər ailəsinin əsas psixloji ağırlığı məhz Mehriban xanımın zərif çiyinlərinə düşdü. Axı tarixən də belə olub: evin, ailənin sıxıntılı günlərində ailəyə təskinlik verən məhz Həssas Qadın qəlbi olub...
Bu gün Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Məclisiin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri namizədidir. Onun xoməramlı bir səfir kimi Şərq və Qərb ölkələri, o cümlədən doğma Azərbaycan üçün gördüyü işlər zamanında elm-tarixi dəyərini alacaq.
İngilis və rus dillərini mükəmməl bilən Mehriban xanım həm də fəlsəfə elmləri namizədidir.
Mehriban xanım Bakı şəhərində ziyalı ailəsində - fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev və görkəmli filoloq və ərəbşünas Aida İmanquliyevanın (1939-1993) ailəsində dünyaya gəlməklə atasından riyazi dəqiqlik və qətiyyət, anasından isə ulu Şərq mədəniyyətinə böyük bir sevgi əxz etdi.
2004-cü il may ayının 10-da rəsmi fəliyyətə başlayan həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri titulunu alıb.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva "İlin qadını" adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülüb.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan edib.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.
2009-cu ildə Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif olunub.
2010-cu ildə Fransa prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə ("Fəxri legionun böyük xaç komandoru") təltif edilib. O, bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülüb.
27 yaşlı ictimai xadim
Həzrət Əlinin dahiyanə bir kəlamı var: “Övladlar ata-analarından daha çox zəmanəyə bənzəyirlər”.
Bu dahiyanə kəlamın konkret mənası budur: övladlar bu dünyaya öz missiyaları ilə gəlirlər.
Leyla xanımın missiyası həm atasının, həm də anasının missiyasından tamamilə fərqlənir.
Prezident İlham Əliyev Cənubi Qafqazın və Yaxın Şərqin taleyində baş verən geopolitik proseslərdə söz sahibinə çevrilə bilib və bu, çox mühüm nailiyyətdir - Azərbaycanın taleyi baxımından... O həm də Azərbaycanda yeni iqtisadi sistemin sabitləşməsinin əsas müəllifi və icraçısıdır.
Mhriban xanın Azərbaycan, Şərq və dünya mədəniyyətinin təbliğində, yayılmasında və elmi cəhətdən araşdırılmasında dünya miqyasında sayılıb seçilən xadimlərdən birnə çevrilib.
Leyla xanım isə tamam fərqli bir missiya daşıyır. O, artıq planetin taleyi sarıdan narahatlıq keçirir və əsas enerjisini bu yönə - dünyanın mədəni səviyyəsi və ekoloji durumunun yüksəlişinə sərf etməkdədir:
“Biz ekoloji çağırışlarla üzləşirik ki, bunlar da bizdən Yer kürəsinin sərvətlərinin necə idarə olunduğu barədə düşünməyi tələb edir. Gənc nəsil yaranmış vəziyyətə, iqlim dəyişikliyindən əmələ gələn ekoloji problemlərə, atmosferdə istixana qazlarının toplanmasına, dəniz sularının səviyyəsinin artmasına, quraqlığa və bunların nəticəsində dünyanın müxtəlif ölkələrində humanitar problemlərə laqeyd qala bilməz. Bunlar hamısı bu gün nəzərdən keçirilməlidir. Məhz buna görə bu ilin iyulunda başladığımız Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün əsas prioritetlərindən biri Bakı ətrafındakı ərazilərə ağac əkməkdir.
Biz kampaniyaya “Cavan ruh üçün cavan ağac” devizi altında başlamışıq. 2012-ci ildə Rio-de Janeyroda keçiriləcək BMT-nin Davamlı İnkişaf üzrə “Rio+20” Konfransına qədər 300 min ağac əkməyi nəzərdə tutmuşuq. Hamımıza xatırladılmalıdır ki, ağaclar və bitkilər planetimizdə oksigenin yeganə mənbəyidir. Günəşli gündə bir ağacın yarpaqlarının 25 faizi bir adamın gün ərzində ehtiyac duyduğu qədər oksigen verir. Ağacların bir akrı bir gündə 18 insana kifayət edəcək qədər oksigen buraxır”.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33